Skolari üçün yeni təklif

Braziliyalı məşqçi Felipe Skolari yenidən milli komandada işləyə bilər.

Sportline.az "Marca"ya istinadən xəbər verir ki, 71 yaşlı mütəxəssis Çin yığmasında işləməyə yaxındır. Çin Futbol Federasiyasının Skolariyə təklif göndərdiyi, yaxın vaxtlarda tərəflərin görüşəcəyi bildirilir.

Çin millisini bundan əvvəl Marçello Lippi çalışdırırdı.

Qeyd edək ki, Skolari 2015-2017-ci illərdə Çinin “Quançjou Everqrand” klubunun baş məşqçisi olub. O, sentyabrda “Palmeyras”dan istefaya göndərilmişdi.