Slaven Biliç istefaya göndərildi

İngiltərənin "Uotford" klubu baş məşqçisi Slaven Biliçlə yolları ayırıb.

Sportline.az xəbər verir ki, bu barədə Çempionşip təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xorvatiyalı mütəxəssis ötən ilin sentyabrından "Uotford"u çalışdırırdı. 

Qeyd edək ki, "Uotford" hazırda Çempionşipdə 35 turdan sonra 51 xalla 9-cu pillədə qərarlaşıb.

Banner