"Spartak" klubu baş məşqçisi ilə vidalaşıb

Rusiyanın "Spartak" (Moskva) futbol klubu baş məşqçisi Ruy Vitoriya ilə vidalaşıb.

Sportline.az "Sport-Express" nəşrinə istinadən xəbər verir ki, Moskva təmsilçisinin rəhbərliyi portuqaliyalı mütəxəssisi istefaya göndərməklə bağlı qərar qəbul edib.

İddiaya görə, hazırda tərəflər arasında əməkdaşlığa xitam verilməsinin təfərrüatları ilə bağlı danışıqlar gedir. Rəsmi açıqlamanın yaxın saatlarda veriləcəyi gözlənilir.

Qeyd edək ki, Ruy Vitoriyanın başçılığı altında Avropa Liqasında 1/8 finala vəsiqə qazanmış "Spartak" Rusiya Premyer Liqasında uğursuz çıxış edir. Paytaxt klubu turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.