"Spartak" növbəti transferini reallaşdırıb

Moskva "Spartak"ı heyətini daha bir futbolçu ilə gücləndirib.

Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, paytaxt klubu "Ferentsvaroş"un müdafiəçisi Mienti Abenanı rənglərinə qatıb.

29 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Surinamlı futbolçu 2 dəfə Macarıstan çempionu olub. Ötən mövsüm "Ferentsvaroş"un heyətində 26 oyuna çıxan Abena 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Spartak" bu transfer üçün qarşı tərəfə 1.2 milyona avro ödəyib.