"Spartak" Promesin transfer qiymətini açıqladı
Moskva "Spartak"ı hollandiyalı forvardı Kvinsi Promesin transfer qiymətini açıqlayıb. Sportline.az Sport-exprees-ə istinadən xəbər verir ki, klub rəhbərliyi bu məsələyə fərqli yanaşma nümayiş etdirir. Belə ki, Promesi heyətində görmək istəyən Avropa klubları 30 milyon avro, Çin klubları isə 50 milyon avrosundan keçməli olacaqlar. Qeyd edək ki, 2021-ci ilədək "Spartak"a məxsus olan 25 yaşlı hollandiyalı "Liverpul" və "Arsenal"ın hədəfindədir.