"Spartak"ın ulduzu yaşıl meydana dönür
Moskva "Spartak"ının sabiq futbolçusu Dmitri Aleniçev yaşıl meydanlara dönmək qərarına gəlib.
Sportline.az xəbər verir ki, o, Medialiqada mübarizə aparan "Xalq komandası"nda çıxış edəcək.
"Spartak"ın veteranı doğma 8 nömrə altında oynayacaq.
Qeyd edək ki, Aleniçevin sabiq komanda yoldaşları Yeqor Titovla Andrey Tixonov da "Spartak" fanatlarının yaratdığı komandanın formasını geyinir.