Stadionda daha bir ölüm
Faciəvi hadisə Braziliya kubokunun “Kruzeyro” - “Qremio” (0-2) matçında baş verib. SportLine.az xəbər verir ki, meydan sahiblərinin 37 yaşlı azarkeşi Eros Belizardo qonaqlar hesabı açanda sinəsində kəskin ağrı hiss edib. Dərhal tibbi yardım göstərilən azarkeş klinikaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.