Sterlinq üçün ikinci şans
"Arsenal" ingiltərəli futbolçuya ikinci şansı verəcək.
Sportline.az xəbər verir ki, söhbət Rəhim Sterlinqdən gedir. "Standart" nəşrinin yaydığı məlumata əsasən, "Arsenal" Sterlinqi yanvar ayında klubdan göndərməyəcək. Baş məşqçisi Mikel Arteta Sterlinqə güvənir.
Sterlinq müqavilə əsasında "Çelsi" klubuna məxsusdur.
Qeyd edək ki, 30 yaşlı futbolçu "Arsenal" formasıyla çıxış etdiyi 10 matçda 1 qol və 2 asistlə yadda qalıb.