Stounz seçim etməlidir
"Mançester Siti"dən azad agent kimi ayrılan Con Stounz London klublarının maraq dairəsinə düşüb.
Sportline.az xəbər verir ki, "Arsenal" və "Çelsi" 32 yaşlı stopperi heyətinə qatmaq istəyir.
Bu haqda "Team Talk" nəşri məlumat yayıb.
Qeyd edək ki, C.Stounz 2016-cı ildən "Mançester Siti"də çıxış edib.