"Sumqayıt" "Səbail"ə qarşı

Milli komandanın oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən “Sumqayıt” yoxlama oyununda qüvvəsini sınayacaq.

Sportline.az xəbər verir ki, sözügedən komanda Premyer Liqanın digər təmsilçisi "Səbail"lə qarşılaşacaq.

Noyabrın 13-də Bakı Olimpiya Stadionunun köməkçi meydançasında keçiriləcək matça saat 14:00-da start veriləcək.