“Qarabağ”dan ilk məğlubiyyət, Şamaxıda heç-heçə
Bu gün Azərbaycan Premyer Liqasında 30-cu tura yekun vurulub.
Sportline.az xəbər verir ki, sonuncu - 3-cü oyun günündə 2 matç keçirilib. Əvvəlcə "Şamaxı" "Sumqayıt"ı qəbul edib.
Turun mərkəzi oyununda isə lider "Qarabağ" 2-ci yerdəki "Sabah"a uduzub.
Qeyd edək ki, turun digər görüşləri 14 və 15 aprel tarixlərində oynanılıb.
16 aprel (bazar)
16:00. "Şamaxı" - "Sumqayıt" 0:0
Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı
Şamaxı şəhər stadionu
19:00. "Sabah" - "Qarabağ" 2:1
Qollar: Coy Lens Mikels, 72 (1:0), 76 (2:0), Riçard Almeyda, 86-pen. (2:1)
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Rauf Allahverdiyev
"Bank Respublika Arena".
14 aprel (cümə)
"Neftçi" - "Qəbələ" - 1:2
"Zirə" - "Səbail" - 3:1
15 aprel (şənbə)
"Kəpəz" - "Turan Tovuz" - 1:0
| N | Klublar | O | Q | H | M | T-F | X |
| 1 | Qarabağ | 29 | 24 | 5 | 0 | 74-16 | 77 |
| 2 | Sabah | 29 | 20 | 5 | 4 | 63-22 | 65 |
| 3 | Neftçi | 30 | 18 | 6 | 6 | 55-27 | 60 |
| 4 | Qəbələ | 30 | 11 | 9 | 10 | 38-37 | 42 |
| 5 | Zirə | 30 | 11 | 8 | 11 | 35-40 | 41 |
| 6 | Turan Tovuz | 30 | 7 | 8 | 15 | 24-40 | 29 |
| 7 | Kəpəz | 30 | 6 | 10 | 14 | 30-52 | 28 |
| 8 | Sumqayıt | 29 | 6 | 6 | 17 | 20-56 | 24 |
| 9 | Şamaxı | 29 | 4 | 9 | 16 | 24-45 | 21 |
| 10 | Səbail | 30 | 5 | 6 | 19 | 23-51 | 21 |
Bombardirlər:
Musa Qurbanlı ("Qarabağ") - 20 qol
Ramil Şeydayev ("Qarabağ") - 17 qol
Coy Lens Mikels ("Sabah") - 15 qol
Emin Mahmudov ("Neftçi") - 15 qol