"Sumqayıt"ın düşərgəsində vəziyyət gərgindir

Azərbaycan Premyer Liqasının 30-cu turunda "Şamaxı" ilə görüşəcək "Sumqayıt"ın heyətində ciddi itkilər var.

Sportline.az xəbər verir ki, sumqayıtlılar bu oyunda üç futbolçusunun xidmətindən yararlana bilməyəcəklər.

Söhbət zədəli Dieqo Karioka, və cəzalı Vüqar Mustafayevlə Vüsal İsgəndərlidən gedir. 

"Şamaxı"nın düşərgəsində isə bununla bağlı problem yoxdur. Komanda qarşılaşmaya optimal heyətlə çıxacaq.

Qeyd edək ki, aprelin 16-da Şamaxı şəhər stadionunda keçiriləcək “Şamaxı”-“Sumqayıt” görüşünün start fiti saat 16:00-da səslənəcək.

Banner