"Sumqayıt"ın futbolçusu cəzalandırıldı

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportline.az xəbər verir ki, toplantıda Misli Premyer Liqasının 28-ci turunun üç oyunu ilə bağlı qərar verilib.

“Turan Tovuz”la görüşdə qırmızı vərəqə alana “Sumqayıt”ın yarımmüdafiəçisi Vüqar Mustafayev 2 oyunluq cəzalandırılıb O, klubunu 1600 manat ziyana salıb.

“Kəpəz” – “Səbail” oyunundan sonra, “Sabah” – “Qəbələ” görüşündən isə əvvəl meydançaya kənar şəxslərin daxil olub. Bu, “Kəpəz” və “Sabah”ın hərəyə 1600 manat cərimələnməsinə səbəb olub.

 

Banner