"Sumqayıt"ın futbolçusuna kəskin cəza

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Sportline.az xəbər verir ki, iclasda  Topaz Premyer Liqasının XXVI turunda vaş verənlər müzakirə olunub. “Sumqayıt” – “Zirə” matçında meydan sahiblərinin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Oyun başa çatdıqdan sonra “Sumqayıt”ın futbolçusu Nicat Muxtarov  hakimlər briqadasını təhqir edib. Buna görə də komitə onu 4 oyunluq cəzalandırıb, klubu isə 3200 manat cərimələyib. Bu da o deməkdir ki, Muxtarov cari mövsümün son 2 matçını və qarşıdakı çempionatın ilk iki turunu buraxacaq.