"Sumqayıt"ın ilk məğlubiyyəti

Futbol üzrə Azərbaycan Premyer Liqasının III turu çərçivəsində "Səbail" klubu "Sumqayıt"ı qəbul edib. 

Sportline.az xəbər verir ki, görüş ev sahibinin minimal hesablı qələbəsi ilə başa çatıb (1:0). Yeganə qolu oyunun 64-cü dəqiqəsində "Səbail"in sağ cinah müdafiəçisi Cabir Əmirli vurub.

Həmin oyunun videoicmalını təqdim edirik: