"Sumqayıt"ın rəqibi müəyyənləşdi
"Sumqayıt"ın Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunu keçirəcəyi rəqiblərindən biri məlum olub.
Sportline.az xəbər verir ki, Samir Abasovun komandası "Krilya Sovetov" ilə üz-üzə gələcək. Bu barədə Rusiya klubunun rəsmi saytı məlumat yayıb. Görüş yanvarın 17-də oynanılacaq.
"Krilya Sovetov" Rusiya Premyer Liqasında mübarizə aparır və hazırda turnir cədvəlində 20 xalla 11-cidir.
Qeyd edək ki, "Sumqayıt" Türkiyədə daha 1 yoxlama matçı keçirməyi planlaşdırır. Lakin bu rəqibin adına hələ aydınlıq gəlməyib.