Super Kuboku "Barselona" qazandı

Katalonya Super Kubokunun sahibi müəyyənləşib. SportLine.az xəbər verir ki, həlledici görüşdə "Barselona" və "Espanyol" kollektivləri üz-üzə gəlib.

Görüşün əsas vaxtında qol vurulmayıb. Qalib isə penaltilər seriyasında müəyyənləşib. Futbol lotereyasında bəxt "Barselona"nın üzünə gülüb - 4:2.

Qeyd edək ki, Kataloniya Superkuboku 2014-cü ildən hər 2 ildən bir keçirilir.