Superliqa klubunda baş məşqçi istefası
"Ümraniyespor" baş məşqçisi Recep Uçarla yolları ayırıb.
Sportline.az klubun saytına istinadən xəbər verir ki, mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.
Qeyd edək ki, "Ümraniyespor" Türkiyə Superliqasında hazırda 23 xalla 19 komanda arasında 18-ci pillədə qərarlaşıb.