Superliqada 29-cu tura yekun vuruldu
Türkiyə Superliqasında 29-cu tura yekun vurulub.
Sportline.az xəbər verir ki, son oyun günündə iki matç keçirilib.
“Samsunspor” səfərdə, “Rizespor” isə öz meydanında eyni hesabla qələbə qazanıb.
“Eyüpspor” - “Samsunspor” - 1:2
Qollar: Altunbaş, 45+2 (1:0), Marius, 76 (1:1), Souza, 90+4 (1:2)
Qırmızı vərəqə: Radu, 61 (“Eyüpspor”)
“Rizespor” - “Qaziantep” - 2:1
Qollar: Bayo, 23 (0:1), Laçi, 79 (1:1), Sove, 81 (2:1)
Bu nəticələrdən sonra “Samsunspor” 39 xalla 7-ci, “Rizespor” 36 xalla 8-ci, “Qaziantep” 34 xalla 11-ci, “Eyüpspor” isə 22 xalla 17-ci pillədə qərarlaşıb.