Tanınmış futbol adamları saxlanıldı

Bu gün İstanbul Cümhuriyyət Baş Prokurorluğunun futbolda qanunsuz mərc fəaliyyətləri ilə bağlı apardığı istintaq çərçivəsində genişmiqyaslı əməliyyat keçirilib. 

Sportline.az "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, əməliyyat zamanı bir sıra futbolçular və bəzi klub rəhbərləri polis tərəfindən saxlanılıb.

Onların sırasında məşhur futbol şərhçisi Ahmet Çakar,  "Fənərbaxça"nın futbolçusu Mert Hakan Yandaş və "Qalatasaray"ın oyunçusu Metehan Baltaçı da var. 

Saxlanılan şəxslərlə bağlı hüquqi proses davam etdirilir.