Tarix təkrarlanır? - İspaniya uğurlu ssenarini yenidən yazır

16 il əvvəl İspaniya millisi Dünya çempionatının 1/8 final mərhələsində Portuqaliyanı 1:0 hesabı ilə məğlub edərək turnirdə növbəti mərhələyə yüksəlmiş, daha sonra isə Dünya çempionu olmuşdu.

Sportline.az “Mundo Deportivo” nəşrinə istinadən xəbər verir ki, indi isə tarix yenidən təkrarlana bilər. İspaniya bu dəfə də Dünya çempionatının 1/8 finalında Portuqaliyanı 1:0 hesabı ilə məğlub edərək adını 1/4 finala yazdırıb.

Bu oxşarlıq futbol azarkeşləri arasında “tarix yenidən təkrarlanacaqmı?” sualını gündəmə gətirib. İspaniya 2010-cu ildə olduğu kimi yenə də dünya çempionluğuna doğru irəliləyə biləcəkmi?

Banner