Tarixi hadisənin təfərrüatı: "Mən formadansa, sənin bacını üstün tuturam"

İtaliya millisinin sabiq müdafiəçisi Marko Materatsi nəhayət ki, 2006-cı il dünya çempionatının finalında Zinəddin Zidanı təhrik etmək üçün söylədiklərini təsdiqləyib.

Sportline.az xəbər verir ki, Materatsi açıqlamasında "Zidan mənə köynəyini təklif etdi. Mən isə "köynəkdənsə, sənin bacını üstün tuturam" dedim".

Xatırladaq ki, bu hadisədən sonra Zidan Materatsiyə başla zərbə endirərək yerə yıxmış, özü isə qırmızı vərəqə ilə cəzalandırılmışdı. Həmin finalda İtaliya millisi qalib gəlib.

Banner