Tarixi oyun: "Qarabağ" "Qalatasaray"a uduzdu
Bu gün "Qarabağ" və "Qalatasaray" arasında xeyriyyə oyunu keçirilib.
Sportline.az xəbər verir ki, azarkeşlər tərəfindən maraqla gözlənilən matç Bakı Olimpiya Stadionunda oynanılıb. Görüş saat 20:00-da başlanıb. Oyunun baş hakimi azərbaycanlı FİFA referisi Əliyar Ağayev olub. Bu, iki komanda arasında tarixdə ilk oyun olub və "Qalatsaray" 2:1 hesabı ilə qələbə qazanıb.
Matçdan əldə olunacaq bütün gəlir Türkiyədə zəlzələdən zərərçəkənlərə ayrılacaq.
Qeyd edək ki, Ağdam təmsilçisi hazırda Azərbaycan Premyer Liqasında, İstanbul klubu isə Türkiyə Superliqasında liderdir.
26 mart
Xeyriyyə oyunu
20:00. "Qarabağ" - "Qalatasaray" 1:2
Qol: Qomis, 4 (0:1), Cica, 19 (1:1), İkardi, 87-penalti (1:2)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmrəli, Tural Qurbanov
Bakı Olimpiya Stadionu.