Tayrel Malasiya karyerasını ölkəsində davam etdirəcək
"Mançester Yunayted"in niderlandlı futbolçusu Tayrel Malasiya klubdan ayrılmağa hazırlaşır.
Sportline.az jurnalist Joost Blaauhofun məlumatına istinadən xəbər verir ki, "Psv Eynthoven" T.Malasiyanı transfer etmək üçün hərəkətə keçib.
İngiltərə klubu bu keçid üçün qarşı tərəfdən 18 milyon avro tələb edir.
Qeyd edək ki, Tayrel Malasiya 2022-ci ilin yayında 15 milyon avro qarşılığında "Feyenord"dan "Mançester Yunayted"ə transfer olunub.
25 yaşlı futbolçunun müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.