Tayson rinqə qayıda bilər

Superağır çəkidə ikiqat dünya çempionu Tayson Fyuri yenidən rinqə qayıda bilər.

Sportline.az xəbər verir ki, bu haqda britaniyalı boksçunun promouteri Frenk Uorren məlumat yayıb.

"Fyurinin 2026-cı ildə Coşua ilə döyüşəcəyi haqda konkret fikir bilmirə bilmərəm. Amma bu, mümkündür. Hələlik isə onu deyə bilərəm ki, Tayson bu il döyüşmək fikrində deyil", - deyə Uorren Youtube-dəki iFL TV - nin sualını cavablandırıb. 

Qeyd edək ki, Tayson Fyuri yanvar ayında karyerasını bitidiyini elan eləmişdi.

O, ötən ilin dekabr ayında keçirdiyi son döyüşündə ukraynalı Aleksandr Usikə uduzmuşdu.