Təbriklər, Qol.az!

Bu gün, ölkənin ən nüfuzlu idman saytlarından olan, Qol.az-ın fəaliyyətə başlamasından 8 il ötür. 

2008-ci ilin bu günü, noyabrın 17-də Qol.az idman-xəbər saytı olaraq oxucularla görüşə gəlib və qısa bir zamanda Azərbaycanın idman mətbuatında böyük populyarlıq qazanıb.

Gün ərzində on minlərlə oxucu idman, xüsusilə futbol xəbəri əldə etmək üçün Qol.az-a daxil olur.

Qeyd edək ki, Azərbaycan Mətbuat Şurasının üzvü olan Qol.az saytı "5 Media" şirkətinin media layihələrindən biridir. Həmkarlarımızı təbrik edir, bol-bol yaradıcılıq uğurları arzulayırıq!