Təbriz Həsənov: "Bundan daha qürurverici nə ola bilər ki?"
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci ildə yüksək nailiyyətlər qazanmış bir qrup idmançı və idman mütəxəssisinə mənzil verib ki, onlar sırasında Əməkdar məşqçi, PRO kateqoriyaya malik, müxtəlif millilərimizin baş məşqçisi olmuş, hazırda isə "Sabah"ın akademiyasında və "Vətən" Futbol Məktəbində çalışan Təbriz Həsənov da var.
Sportline.az saytına açıqlamasında Təbriz Həsənov təəssüratlarını bölüşüb:
“Azərbaycan Respublikasının Prezidentindən mənzil mükafatı almaqdan daha qürurverici nə ola bilər ki?! Mən çox sevinirəm ki, bu mükafatı aldım. Mən uzun müddət futbolçu kimi “Qarabağ”da oynamışam, uzun illər uşaq futbolunda, milli komandalarda çalışmışam.
Ölkə başçısı sağ olsun ki, məni də mükafatçılar siyahısına saldı. Bundan sonra da böyük məsuliyyətlə çalışağam. Ümumiyyətlə, bu cür stimullaşdırıcı mükafatlar idmançıların beynəlxalq arenalarda daha da uğur qazanmasına kömək edir”.