Tehran 400-ə yaxın rusiyalını qəbul etməyə hazırdır

Beynəlxalq yarışlardan kənarlaşdırılan Rusiya milli komandası İran seçməsi ilə yoldaşlıq matçı keçirəcək.

Sportline.az sports.ru-ya istinadən xəbər verir ki, Tehranda keçiriləcək oyunun təşkilatçıları qonaqlar üçün 400 bilet ayırıblar.

RFİ artıq bilet satışını elan edib.

İran - Rusiya görüşü martın 23-də Tehranın "Azadi" stadionunda təşkil olnacaq.