Teo Hernandez "Milan"dan ayrıla bilər
"Milan"ın fransalı futbolçusu Teo Hernandez yanvar ayında klubdan ayrıla bilər.
Sportline.az "Mirror Football" nəşrinə istinadən xəbər verir ki, "Mançester Yunayted" Teonu transfer etmək üçün hərəkətə keçib. Rəhbərlik Teo üçün "Milan"a 50 milyon avro ödəməyə hazırdır.
"Milan" Teonu satmağa hazırdır.
Qeyd edək ki, T.Hernandezin "Milan"la müqaviləsi 2026-cə ilə qədərdir.