Teo Hernandezin qiyməti açıqlanıb

"Milan" klubunun rəhbərliyi fransalı futbolçu Teo Hernandezin qiymətini açıqlayıb.

Sportline.az "Calcio mercato" qəzetinə istinadən xəbər verir ki, İtaliya klubu Teo üçün 50 milyon avro tələb edir.

Teo Hernandez "Real Madrid" və "Mançester Yunayted"in maraq dairəsindədir. 

Qeyd edək ki, 27 yaşlı futbolçunun "Milan"la müqaviləsi 2026-cı ilin iyun ayında başa çatacaq.

Teo bu mövsüm "Milan"ın heyətində 18 rəsmi matçda iştirak edib. Təcrübəli müdafiəçi bu görüşlərdə 2 qol və 3 asistlə yadda qalıb.