Tərlan Əhmədli: "Məqsədimiz xal və xallar qazanmaqdır"

"İlk mövsüm üçün çıxışımız yaxşıdır".

Bunu Sportline.az saytına açıqlamasında "Turan Tovuz" klubunun qapıçısı Tərlan Əhmədli deyib.

Gənc qapıçı eyni zamanda komandanın məqsədini açıqlayıb: "Hər oyunda çalışırıq ki, yaxşı mübarizə nümayiş etdirək. Məqsədimiz xal və xallar qazanmaqdır. Ayxan müəllim də bu il üçün yaxşı və mübariz komanda formalaşdırıb. Biz də çalışırıq ki, baş məşqçinin tapşırıqlarını düzgün yerinə yetirək və azarkeşlərimizi sevindirək. Mənim üçün də bu mövsüm yaxşı keçir, şükürlər olsun. Çalışıram ki, komandamıza əlimdən gəldiyi qədər kömək edim. Yeri gəlmişkən, bütün Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edirəm".