Tokio-2020: İdmançılarımızın 3 medal imkanı

Bu gün Tokio-2020 Yay Olimpiya Oyunlarında 3 idmançımız çıxış edəcək.

Sportline.az xəbər verir ki, yarışın növbəti günündə son iki cüdoçu - Uşangi Kokauri və İrina Kindzerska tatamiyə çıxacaq.

100 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən Kokauri 1/16 finalda Matsey Sarnaçki (Polşa) ilə, Kindzerska (+78) isə 1/8 final mərhələsində İzayana Marenko (Nikaraqua) / Larisa Tseriç (Bosniya və Herseqovina) cütünün qalibi ilə qarşılaşacaq.

Boksçu Alfonso Dominges isə növbəti döyüşünü keçirəcək. 81 kq çəki dərəcəsində yer alan idmançı 1/4 finalda türkiyəli Bayram Malkanla üz-üzə gələcək. Dominges qələbə qazanacağı təqdirdə ən azı bürünc medalı təmin edəcək. 

Tokio-2020

30 iyul

Cüdo

Kişilər

+ 100 kq

06:00 - 09:30. 1/16 final. Uşangi Kokauri - Matsey Sarnaçki (Polşa)

Qadınlar

+78 kq

06:00 - 09:30. 1/8 final. İrina Kindzerska - İzayana Marenko (Nikaraqua) / Larisa Tseriç (Bosniya və Herseqovina) cütünün qalibi

Boks

81 kq

14:24. 1/4 final. Alfonso Dominges - Bayram Malkan (Türkiyə)

Qeyd edək ki, indiyədək Azərbaycanın 21 idmançısı mükafatçılar sırasından kənarda qalıb.