Tokio-2020: Qadın güləşçilərimizdən 2-ci lisenziya

Azərbaycanın qadın güləşçisi Elis Manolova Bolqarıstanın paytaxtı Sofiyadakı Dünya Olimpiya Təsnifat Turnirində yarımfinal görüşünə çıxıb.

Sportline.az xəbər verir ki, 68 kq-da yarışan idmançı finala gedən yolda Cəmilə Bakbergenova (Qazaxıstan) ilə qarşılaşıb.

Rəqibinə 5:3 hesabı ilə qalib gələn Manolova həm finala yüksəlib, həm də Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edib. Onun qızıl medal uğrunda rəqibi Mimi Xristova (Bolqarıstan) olacaq.

Qeyd edək ki, bunadək qadın güləşçilərdən yalnız Mariya Stadnik (50 kq) Tokio olimpiadasına vəsiqə qazanıb. Bu, Azərbaycanın Oyunlara ümumilikdə 23-cü lisenziyası olub.