Tokio Olimpiadası yenidən təxirə salına bilər

Yaponiyanın Osaka prefekturasının qubernatoru Yosimura Hirofumi Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının növbəti dəfə təxirə salınmasının mümkünlüyünü söyləyib.

Sportline.az xəbər verir ki, Hirofumi "Kyodo" agentliyinə açıqlamasında olimpiadanın 2024-cü ildə keçirilə biləcəyini bildirib.

"Olimpiadanın ləğv edilməsi sözünü işlətmək istəməzdim. Amma mümkün təxirəsalınma real görünür", - deyə Hirofumi vurğulayıb.

Qeyd edək ki, "Tokio-2020" bu il 23 iyul - 8 avqusta təxirə salınıb.