Tonali "Barselona"ya keçə bilər
"Nyukasl Yunayted"in italiyalı futbolçusu Sandro Tonali "Barselona"nın maraq dairəsinə düşüb.
Sportline.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Kataloniya klubu Tonalini mövsümün sonunda heyətinə qatmağı planlaşdırır.
24 yaşlı yarımmüdafiəçinin "Nyukasl Yunayted"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Tonalinin transfer qiyməti 70 milyon avro olaraq təyin olunub.
O bu mövsüm "Nyukasl"ın heyətində 35 rəsmi matçda iştirak edib. Aktivində 3 qol və 2 məhsuldar ötürmə var.