"Topçular" "Mançester Siti"ni topa tutdular

İngiltərə Premyer Liqasının 24-cü turunun mərkəzi matçı Londonda keçirilib.

Sportline.az xəbər verir ki, "Arsenal" "Mançester Siti" ilə qarşılaşıb. Görüş "topçular"ın böyük hesablı qələbəsi ilə yekunlaşıb.

"Arsenal" 5:1 "Mançester Siti"

Qollar: Martin Odeeqard, 2, Erlinq Haaland, 55, Tomas Parti, 56, Luyis Skelliy, 62, Kay Haverts, 76, Vaneri, 90+3

Qeyd edək ki, "Arsenal" 50 xalla 2-ci pillədə yer alıb. "Mançester Siti" isə 41 xalla 4-cü pillədə qərarlaşıb.