Toral Bayramov Azərbaycan millisinin heyətindən çıxarılıb

"Qarabağ"ın futbolçusu Toral Bayramov Azərbaycan millisinin heyətindən çıxarılıb.

Bu barədə Sportline.az-a AFFA-dan məlumat verilib.

Buna səbəb futbolçunun zədələnməsi olub.

Qeyd edək ki, Ayxan Abbasovun rəhbərlik etdiyi yığma DÇ-2026-nın seçmə mərhələsində noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda Fransa yığması ilə qarşılaşacaq.