Torres İngiltərə klublarının hədəfindədir
"Barselona"nın ispaniyalı futbolçusu Ferran Torres karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az "El Nacional" nəşrinə istinadən xəbər verir ki, "Aston Villa", "Nyukasl Yunayted" və "Tottenhem" Torresi transfer etmək istəyir.
25 yaşlı futbolçunun Kataloniya klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Torres bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 34 matçda 15 qol və 3 asistlə yadda qalıb.