Torres zədələndi

"Mançester Siti"nin futbolçusu Ferran Torres zədələnib.

Sportline.az xəbər verir ki, bu barədə "Diario Sport" məlumat yayıb. 21 yaşlı yarımmüdafiəçinin ayağının sındığı bildirilib. Onun ən az 1 ay yaşıl meydanlardan kənarda qalacağı qeyd olunub. 

Əlavə edək ki, Torres bu mövsüm 4 matçda 2 qol vurub və 1 qolun ötürməsini verib.