"Tottenham" qrupda qaldı
Konfrans Liqasında qrup mərhələsinin son turunun təxirə salınan “Tottenhem” – “Renn” oyunu keçirilməyəcək.
Sportline.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. İngiltərə klubunun 8 futbolçusu və 5 məşqçisi koronavirusa yoluxduğu üçün təxirə salınan qarşılaşmanın dekabrın 31-nə qədər oynanılması mümkün olmayacaq. Qitə futbol qurumu bu görüş üçün təqvimdə heç cür yer ayıra bilmədiyinə görə matçın ləğv olunduğunu bəyan edib.
Yarışın reqlamentinə uyğun qərarın verilməsi üçün məsələ UEFA Nəzarət, Etika və İntizam Komissiyasının öhdəliyinə buraxılacaq. “Tottenhem” öhdəliyini yerinə yetirə bilməyən klub olduğu üçün londonlulara 0:3 hesablı texniki məğlubiyyət veriləcək.
Bu isə o deməkdir ki, “Tottenhem” G qrupunu üçüncü pillədə tamamlayacaq və mübarizəni dayandıracaq. Əvəzində “Renn” 1-ci, “Vitess” isə 2-ci yerin sahibi kimi növbəti mərhələyə adlayacaq.