"Tottenhem" "Ayntraxt"la görüşə itkilərlə çıxacaq

UEFA Çempionlar Liqasının Liqa mərhələsinə bu gün yekun vurulacaq.

Sportline.az xəbər verir ki, 8-ci - sonuncu turda "Tottenhem" səfərdə "Ayntraxt"la üz-üzə gələcək.

"Mahmızlar"ın heyətində itkilərin sayı kifayət qədərdir. Joao Palinya, Ben Deyvis, Deyan Kulusevski, Ceyms Meddison, Lukas Berqvall, Rodriqo Bentankur, Mohamed Kuduz və Rişarlison zədəlidir.

Frankfurt klubunda isə Arnaud Kalimuendo-Muinqa, Can Uzun, Elias Baum, Timoti Çedler, Conatan Burkard, Mişi Batşuayi və Younes Ebnoutalib meydana çıxa bilməyəcək.

Qeyd edək ki, start fiti Bakı vaxtı ilə gecə saat 12-də səslənəcək görüşü ispaniyalı hakim Xesus Xil Manzano idarə edəcək.