"Tottenhem" Çempionşipdə mövsümün ən yaxşı gənc futbolçusunun transferini rəsmiləşdirib
"Lids Yunayted"in yarımmüdafiəçisi Arçi Qrye karyerasını Premyer Liqa klubunda davam etdirəcək.
Sportline.az Soccer.ru-ya istinadla xəbər verir ki, paytaxt təmsilçisi "Tottenhem" 18 yaşlı futbolçunu heyətinə qatdığını açıqlayıb.
Oyunçu ilə müqavilə 2030-cu ilə qədər imzalanıb. Qrey yeni klubunda 14 nömrəli forma altında çıxış edəcək.
Qeyd edək ki, ötən mövsüm Çempionşipdə ən yaxşı gənc oyunçu seçilən Arçi Qrey "Lids" forması ilə 52 oyunda 2 məhsuldar ötürmə edib.