"Tottenhem" Romero ilə yollarını ayıracaq

"Tottenhem" argentinalı futbolçusu Kristian Romero ilə yollarını ayıracaq.

Sportline.az xəbər verir ki, bu haqda "Give Me Sport" nəşri məlumat yayıb.

"Real Madrid" Romeronu transfer etmək istəyir. İspaniya klubu 26 yaşlı stoper üçün "Tottenhem"ə 50 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Romero bu mövsüm çıxış etdiyi 17 matçda 1 qolla yadda qalıb. 

Onun "Tottenhem"lə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Xatırladaq ki, Romero karyerası ərzində "Belqrano", "Cenoa", "Yuventus" və "Atalanta" kimi klublarda çıxış edib.