"Tottenhem" son dəqiqələrdə vurduğu qollarla mərhələ adladı

İngiltərə Liqa Kubokunun 1/16 final mərhələsində "Tottenhem" səfərdə Çempionşip təmsilçisi "Koventri" ilə qarşılaşıb.

Sportline.az xəbər verir ki, görüş qonaqların 2-1 hesablı qələbəsi ilə yekunlaşıb.

62-ci dəqiqədə hesabda geri düşən londonlular 88-ci dəqiqədə Ced Spens və 90+2-ci dəqiqədə Brennan Consonun vurduğu qolla qələbə qazanıblar. 

Qeyd edək ki, "Tottenhem"in növbəti turdakı rəqibi püşkatmadan sonra bəlli olacaq.