"Tottenhem"də istefa
Fabio Paratiçi “Tottenhem” klubunun idman direktoru vəzifəsini tərk edib.
Sportline.az xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Buna İtaliya Futbol Federasiyasının ona verdiyi cəzanın qüvvədə qalması səbəb olub. "Yuventus"un keçmiş idarəedici direktoru maliyyə fırıldağına görə 2.5 illik futboldan uzaqlaşdırılıb. Ötən gün onun apellyasiya şikayətinə baxılıb. Məhkəmə onun şikayətini təmin etməyib.