"Tottenhem"dən 70 milyon avroluq transfer

"Tottenhem" "Bormunt"un ukraynalı müdafiəçisi İlya Zabarni üçün 70 milyon avro təklif edib.

Sportline.az xəbər verir ki, bu haqda "Caught Offside" nəşri məlumat yayıb.

22 yaşlı futbolçu "Tottenhem"ə transfer olmaq istədiyini klub rəhbərliyinə bildirib.

Qeyd edək ki, Zabarninin "Bormunt"la sözləşməsi 2029-cu ilin iyun ayına qədərdir.