"Tottenhem"in yeni baş məşqçisi rəsmən açıqlandı
İngiltərənin "Tottenhem" klubu yeni baş məşqçisini açıqlayıb.
Sportline.az London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, komanda italiyalı Antonio Konteyə tapşırılıb.
52 yaşlı mütəxəssisin müqaviləsi 2023-cü ilin yayınadək nəzərdə tutulub.
Antonio Konte bu vəzifədə ötən gün istefaya göndərilmiş Nuno Espirito Santonu əvəzləyib.