"Tottenhem"in yeni hədəfi

"Tottenhem"in yeni transfer hədəfi bəlli olub.

Sportline.az "Africa Foot" nəşrinə istinadən xəbər verir ki, "Tottenhem" "Vulverhempton"un əlcəzayirli futbolçusu Rayan Ait-Nurini transfer etmək istəyir.

London klubu bu keçid üçün qarşı tərəfə 30 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, 23 yaşlı futbolçu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 32 matçda 4 qol və 5 asistlə yadda qalıb.