TPL: 27-ci turun afişası bəlli oldu
Topaz Premyer Liqada 27-ci turun oyunlarının başlama saatı müəyyənləşib.
SportLine.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, turun bütün görüşləri aprelin 23-ü keçiriləcək.
23 aprel (bazar)
15:00. “Qəbələ” – “İnter”
Qəbələ şəhər stadionu (canlı, “CBC Sport”)
17:00.AZAL – “Kəpəz”
“AZAL Arena”
17:00. “Zirə” – “Neftçi”
Zirə Olimpiya İdman Kompleksinin stadionu (canlı, “CBC Sport”)
17:00. “Qarabağ” – “Sumqayıt”
“Azersun Arena”