TPL: 4-cü turun afişası müəyyənləşdi
Azərbaycan Premyer Liqasında IV turun oyun cədvəli müəyyənləşib. SportLine.az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, bu həftəsonu turun 3 qarşılaşması baş tutacaq.
Belə ki, “Qarabağ” Çempionlar Liqasında iştirak etdiyindən, Peşəkar Futbol Liqası Ağdam klubunun “Səbail”lə görüşünü təxirə salıb.
Əvvəlcə şənbə günü “İnter” “Kəpəz”i, “Qəbələ” də “Zirə”ni qəbul edəcək. Sentyabrın 10-da isə “Neftçi” “Sumqayıt”la səfərdə üz-üzə gələcək.
TPL, 4-cü tur
9 sentyabr (şənbə)
17:00. “İnter” – “Kəpəz”
“İnter Arena”
20:30. “Qəbələ” – “Zirə”
Qəbələ şəhər stadionu
10 sentyabr (bazar)
19:00. “Sumqayıt” – “Neftçi”
“Kapital Bank Arena”
Qeyd edək ki, “Qəbələ” – “Zirə” və “Sumqayıt” – “Neftçi” oyunu “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.